5 May 2017 23:11
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək əhəmiyyətə malik tədbirdir.Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanda bir çox beynəlxalq tədbirlər təşkil olunur: “Əlbəttə ki, Avropa Şurasına üzv dövlət kimi Azərbaycanın bu göstəricisi qürurvericidir. Bu ölkə Avropa Şurası üçün əhəmiyyətli ölkələrdən biridir. Biz Azərbaycanla yaxşı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıyıq”.

Bakıda bir çox sahələrdə inkişafın şahidi olduğunu vurğulayan Qabriella Battaini-Draqoni əlavə edib ki, Azərbaycan regionun ən zəngin ölkəsidir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər