8 May 2017 17:03
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

15,1 milyon manat qaydaların pozulmasına görə ödənilmiş məbləğdir.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika Dövlət Yol Polis İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, ödənilən məbləğ bu ilin 3 ayı ərzində protokollarda qeydə alınan rəqəm deyil:

“Bu məbləğ tətbiq olunan yox, artıq ödənilmiş məbləğdir. Elə insan var ki, 6 ay, 1-2 il əvvəl qaydaları pozduğuna görə cəriməsini ödəməyib. Sonra ödəyib. Bütün ödənilən məğbləğlər toplanılıb, məlumat yayılıb”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2017-cı ilin yanvar-mart aylarında yaydığı hesabata əsasən, qaydaların pozulmasına görə 15,1 milyon manat məbləğində cərimə tətbiq edilib.

Yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalaraq 747,8 min olub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər