17 May 2017 11:47
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan vətəndaşları tərəfindən 654 müraciət daxil olub.

Xidmətdən "Report"a verilən məlumata görə, müraciətlərdən 90-ı əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 564 müraciət qeydə alınaraq icrası təmin edilib. Həmin müraciətlərin 159-u xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər