18 May 2017 13:59
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Utah universitetində sosioloq olaraq fəaliyyət göstərən Nik Uolfinqr tərəfindən həyata keçirilən ailə dəyərləri haqqında araşdırmanın nəticələri açıqlanıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmanın nəticəsinə görə, 5 ilə qədər boşanmayan cütlüklərin əksəriyyəti 28-32 yaşlarında evlənənlərdir.

Nik Uolfinqrin 2006-2010 və 2011-2013-cü illərdəki evlənən və boşananların statistikası əsasında hazırladığı araşdırmaya görə, 18-28 yaş arasında boşanma sayı olduqca çoxdur.

Məqalədə 28-32 yaşlarında evlənənlərin boşanma nisbəti azalır, 35-40 yaşlarında evlənənlərdə boşanma faizinin təkrar artdığı qeyd olunur.
Araşdırmaya görə, 32 yaşından sonra keçən hər il boşanma ehtimalını 5% artırır. Yəni, 34 yaşında evlənənin 33 yaşında evlənənə görə boşanma riski 5% çoxdur.
Ancaq ABŞ-ın Merilənd universitetinin professoru Filip Kohen (Phillip Cohen) Nik Uolfinqr ilə razılaşmadığını bildirib.

Onun sözlərinə görə, insanların internetdən bu kimi statistikalara baxaraq evlənmə üçün yaşı müəyyən etməsi düzgün deyil:

“Yoxsa, gələcəkdə yaşlı və evlənməmiş bir toplumla qarşı-qarşıya qalacağıq. Kim hansı yaşda tərəf müqabilini tapırsa, o yaşda da evlənməlidir”.

Qeyd edək ki, ABŞ-da bir çox sosioloqa görə, boşanmanın səbəblərini müəyyən etmək olduqca çətin məsələdir. Acı həqiqət isə odur ki, boşanmalar ilbəil artır.

İlhamə ƏBÜLFƏT


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər