21 May 2017 20:40
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabir Məşədizadə yerli telekanalların reytinqi barədə məqalə hazırlayıb.

Teleqraf.com Məşədizadənin şəxsi bloquna yerləşdirdiyi həmin məqaləni təqdim edir:

Şübhəsiz ki, bir çoxlarınız televiziya sahəsində, xüsusən də yerli televiziya kanalları haqqında dəqiq statistikanın olmamasından gileylənirsiniz.
Lakin indi əminliklə qeyd etmək olar ki, televiziya da Azərbaycanda dəqiq ölçülən mediaya çevirilməkdədir. Mən bu yazıda Aprel ayının nəticələrinə görə yerli televiziya xidmətləri operatorlarından birinin İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarını analiz etməyə çalışacam. Bu araşdırma Sizə nəinki yerli kanallar haqqında zəngin məlumat həm də ümumən Azərbaycanlı izləyicilərin davranışlarını anlamağa yardım edəcək.
İlk olaraq onu qeyd etmək istəyirəm ki, İPTV desək də bu əslində OTT TV xidmətidir. OTT (Over The Top) texnologiyası İPTV-də olduğu kimi, internet provayderə bağlı deyil və istənilən internet şəbəkəsində televiziya kanallarını izləmək imkanı verir. Bu da o deməkdir ki, xidmətdən dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar istifadə edir. Lakin əlbəttə ki, onların 90%-dən çoxunu Azərbaycandakı abunəçilər təşkil edir.
Beləliklə, keçək Aprel ayının nəticələrinə.
İPTV xidmətimizdə 200 kanal yayımlanır. Əsas 3 kateqoriya ayırmışam: Azərbaycan kanalları, Rusdilli kanallar və Türkdilli kannalar.
Başlayaq doğma kanallarımızdan:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənmə
saatı
2
ATV
33258
3
Xəzər TV
21828
10
AZ TV
9062
13
ARB TV
7496
14
İdman AZ
7448
19
Space TV
6559
28
Lider TV
4355
30
İctimai TV
4287
40
Mədəniyyət
3174
44
CBC
2987
48
İnter AZ
2679
61
ARB Günəş
1695
85
CBC Sport
913
Yerli kanallardan ATV digərlərində nisbətən daha irəlidədir, (33258) saat. Ümumi 200 kanallıq siyahımızda ATV 2-ci, Xəzər TV isə 3-cü yeri tutsa da aralarında təxminən 12000 izlənmə saatı fərq var. Ümumi siyahıda 10-cu, yerli kanalların sırasında isə AZTV-nin 3-cü olması, və Aprel ayı 9062 saat izlənmə göstəricisinə malik olmasının bir-neçə səbəbi var ki, onları nəzərə almalıyıq. AZTV bizm PlayList-də də 1-ci olduğundan, xidmətə hər yeni qonuşalan abunəçiyə avtomatik bu telekanal açılır. Çox güman ki, elə bu səbəbdəndir ki, AZTV-ni göstəricisi bizi aldadır. Həm də onu da nəzərə alaq ki, bir çox reytinqli idman yarışları da AZTV-də yayımlanır. Məsələn El-Klassiko adlanan Barselona və Real Madrid oyunlarını əksər hallarda İdman Azərbcaycan deyil AZTV yayımlayır, Futbol üzrə milli komandamızın oyunlarını da həmçinin AZTV yayımlayır. Bunu nəzərə alaraq hesab edirəm ki, AZ TV-nin 10/3-cü yerinə haqqlı olaraq ümumi siyahıda 13, yerli kanallardan isə 4 cü gedərək,7496 izlənm saat ilə, ARB TV daha layiqlidir. Ardınca isə elə təxminən eyni göstərici ilə, (7448 izlənmə saatı) İdman Azərbcaycan gəlir və ümumi siyahıda 14-cü yeri tutur.
Türk kanallarına gəldikdə isə, nəticələr belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
1
Star
42524
5
TV 8
21709
6
ATV Türk
20029
7
Show TV
17264
16
Kanal 7
6701
20
TRT 1
6351
21
TRT Çocuk
6308
42
TV 8.5
3075
45
Kral Pop
2957
54
Beyaz TV
2388
57
Power Türk
1982
*Siyhaıda FOX TürkKanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.
Burada ümumi siyahının lideri, Aprel ayı ən çox izlənilən telekanal - Star TV qərarlaşıb - 42524 saat. Şübhəsiz ki, bu kanalada yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Hələ digər serialları demirəm, məsələn Cesur ve Güzel və ya yeni vətənpərvər serial - Söz. Acun İlıcalının kanalı, TV 8 isə ümumi siyahıda 5-ci, Türk kanalları sırasında isə 2-cidir - elə 2 dəfə daha az saatla, 21709. TV 8 bu nəticəyə görə yəqin ki, Survivor proqramına minnətdar olmalıdır. Ümumiyyətlə TV8 şou kanalıdır. Burada hər zaman maraqlı şoular olur, O səs Türkiyə və Yetenek Sizsiniz də vaxt aşırı bu kanalda yayımlanır. Ama ola bilər ki, digər faktorlar da var. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 6-cı, Türk kanalları sırasında isə 3-cü olan, ATV Türk qərarlaşıb - 20029 saat. Burada da yenə də möhtəşəm türk seriallarının rolu danılmazdır. Məsələn elə həmin Eşkiya Dünyaya Hökümdar Olmaz və ya Kırqın çiçekler. Ardıcıllıqla, ümumi siyahıda 7-ci Türk kanalları sırasında isəə 4-cü, Show TV-dir - 17264 saat. Bu kanalda İçerde serialı yayımlanır və populyarlıq yığmaqdadır. Digər Türk kanalları isə bu 4-lükdən çox geri qalır. Ən yaxını Kanal 7-dir ki, o da cəmi 6701 saatla ümumi siyahıda 16-cı yerdədir.
Rus kanallarına baxdıqda isə, nəticələr belədir:
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
4
1-й Канал
22600
8
НТВ
11189
9
Россия 1
10425
11
ТНТ
8187
12
СТС
8122
15
РЕН ТВ
7224
17
Nickelodeon
6691
18
ТНТ 4
6567
22
Nick Jr
6133
23
Кинохит
5834
24
Киносемья
5803
25
Пятница
5105
26
TV 1000 A...
4853
27
Карусель
4636
29
Cartoon N...
4307
31
Disney
4283
Rus kanalları əsas Türk kanallarına nisbətən az baxılırlar. Ən çox baxılan Rus kanalı, 1-й Канал-ın cəmi 22600 saatı var. Bu da ona ümumi siyahıda 4-cü yeri verir. Digər Rus kanallarının izlənmə saatları isə daha azdır. Siyahımızın ikinci Rus kanalı, НТВ, 11189 saat baxılıb və ümumi siyahıda 8-cidir. Müqayisə üçün qeyd edək ki, bu Top 4 Türk kanalının hər biri НТВ-dən təxminən iki-üç dəfə çox baxılıb. Ardınca isə siyahıda 3-cü Rus kanalı, Россия 1-dir, 10425 saat. Daha populyar hesab etdiyim, ТНТСТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 1112-cidilər. Hər biri təxminən 8000 saat baxılıb. Onu da qeyd edim ki, Aprel ayı Qondarma Erməni Soyqrımı ilə əlaqədar ТНТСТС kanalları bir-neçə günlük bağlanmışdı. Bu da ümumi göstəriciyə öz təsirini göstərib.
Əgər fikir verdinizsə, TOP-larda olmasa da hər 3 dil kateqoriyasında orta yerləri bir-neçə uşaq kanalı tutub. Məncə bu məqamı ayrıca araşdırmaq lazımdır.
200 kanallıq sıralamada yeri
Kanalın adı
Ay ərzində izlənib
(saat)
17
Nickelodeon
6691
21
TRT Çocuk
6308
22
Nick Jr
6133
27
Карусель
4636
29
Cartoon N...
4307
31
Disney
4283
59
Minika Çocuk
1894
61
ARB Günəş
1695
63
Planet Çocuk
1634
TOP 9 uşaq kanalları sırasında 5 Rus, 3 Türk və 1 Azərbaycan kanalı var. Ən baxımlı uşaq kanalı rusilli Nickelodeon kanalıdır – 6691 saat və ümumi siyahıda 17-ci yer. TRT Çocuk isə demək olar ki, eyni izlənmə saatı toplayraq – 6308 saat, ikincidir. Demək olar ki, eyni izlənmə saatı toplayan daha bir kanal isə, rus dilində yayımlanan Nick Jr kanalıdır 6133 saat. Müvafiq olaraq 46364307 saat izlənən rusdilli kanallar: КарусельCartoon Network qərarlaşıb. Siyahını isə az-çox eyni izlənmə saatı toplayan 2 türk və 1 Azərbaycan kanalı qapayır.

Maraqlıdır ki, idman kanalları az izlənmə saatı toplayıblar. Ən çox baxılan idman kanalları ümumi siyahıda 35-ci, НТВ+ Футбол 1 (3677 saat) və ümumi siyahıda 43-cü Матч ТВ kanalıdır (3041 saat).
Nəticələrə əsasən mən qısa və çox tələsik araşdırma aparmışam. Data öz əlinizdədir və Siz onun daha da dərinliklərinə gedə bilərsiniz.
Kanalların statistikasını hər ay davamlı olaraq paylaşmağa çalışacam, həm də bundan sonra daha tez.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər