23 May 2017 14:14
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, böyük tarixi qələbədir. Bu qələbənin çox möhkəm təməli var. Nailiyyətlərimiz Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir”.

Teleqraf.com “Report”-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gələn idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Biz idmançılarımızla fəxr edirik” - deyən dövlət başçısı qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları bir daha Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrə verdiyini nümayiş etdirib.

Bu gün ölkədə idmanın ictimai-siyasi proseslərdə xüsusi yer tutduğunu, idmançılara xüsusi münasibətin olduğunu, hər bir vətənpərvər vətəndaşın idmançılarımızın uğurları ilə fəxr etdiyini, qürur hissi keçirdiyini vurğulayan dövlət başçısı Oyunların keçirildiyi 10 gün ərzində Azərbaycan cəmiyyətinin bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdiyini söyləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər