25 May 2017 18:26
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin şərq və cənub şərqində PKK-nın xəndəklərini təmizləyən təcrübəli polislər Suriyaya göndərilir.

Teleqraf.com Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (OSO) həyata keçirdiyi Fərat Qalxan hərəkatına dəstək vermək üçün Daxili İşlər Nazirliyi işlərini sürətləndirib.

Türkiyə baş nazirinin təlimatı ilə Fərat Qalxanı əməliyyatı nəticəsində İŞİD-dən təmizlənən bölgələrə polis qüvvələri yeridiləcək. Jandarma Xüsusi Hərəkatı, Polis Özəl Hərəkatı və Terrorla Mübarizə Polisi bölgədə fəaliyyətə başlayacaq. Eyni zamanda sərhəd kəndlərində Suriya yerli hüquq-mühafizə orqanları əməkdaşlarına təlimlər keçiriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər