1 İyun 2017 15:04
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada uşaq evlərində 2,7 milyon fiziki qüsurlu uşaq var.

Teleqraf.com xəbər verir ki, bu barədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar UNİCEF-in son hesabatında deyilir.

Hesabatda bildirilir ki, qeyd edilən rəqəm aysberqin görünən tərəfidir. Çünki bir çox ölkələrdə hesabatlar dəqiq və obyektiv aparılmır.

UNİCEF-in direktor köməkçisi Kornelius Uilyam bildirib ki, uşaqların erkən yaşda bu kimi yerlərə verilməsini önləmək və buna nail olmaq lazımdır: “Ailədən uzaq və qapalı məkanda qalmaq uşaqlarda böyük travma yaradır”.

Hesabatda qeyd edilib ki, bu rəqəm Mərkəzi və Şərqi Avropada yüksək səviyyələrdədir. Burada hər 100 min uşağın 666-sı fiziki qüsur səbəbindən uşaq evlərinə verilir.


Müəllif: İlhamə Əbülfət