1 İyun 2017 15:33
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşına məxsus iki ədəd "Kent" markalı siqaret qutusuna gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı, həmin qutuların içərisində, yarıdan qırılmış siqaret gilələrinin altında, hər qutuda 3 büküm olmaqla, cəmi 6 ədəd bükümdə xalis çəkisi 57,259 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.


Müəllif: Şəfiqə Nazimqızı