4 İyun 2017 18:29
5 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ilk supersonik (səsdən sürətli) təyyarəsi AS2 adlı reaktiv sərnişin təyyarəsinin test uçuşlarının tarixi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, “Konkordun oğlu” adlandırılan dünyanın ilk səsdən sürətli – supersonik təyyarəsi olacaq AS2-nin test uçuşlarına 2021-ci ildə başlanılacağı elan olunub. Reaktiv təyyarənin maksimal sürəti saatda 1593 kilometr olacaq. Test uçuşları uğurlu alınarsa reaktiv təyyarə 2023-cü ildən etibarən sərnişin daşımağa başlayacaq.

Bu təyyarənin atası olan Konkordun sürəti saatda 2170 kilometr olmuşdu. 25 iyul 2000-ci ildə baş verən Fransa hava yollarına aid qəza, Konkord tarixində yeganə qəza olmaqla yanaşı dünya daxilində də böyük sensasiyaya səbəb olmuşdu. Bu qəza Konkord’ların istifadədən qaldırılması ilə nəticələnmişdi. AS2-nin istismara daxil olmasıyla uçuş müddətlərində ciddi azalma baş verəcək. Məsələn, Nyu-Yorkdan Londona olan 9 saatlıq uçuş müddəti 3 saata enəcək. Aerobs və Aerion təyyarə istehsalçısı şirkətlərin ortaq istehsalı olacaq. NASA imzalı texnologiyalardan istifadə olunacaq. 8 sərnişin həcmli supersonik AS2 təyyarəsi dünyanın ən zəngin şəxslərini daşıyacağı ehtimal olunur.


Müəllif: İlhamə