24 Aprel 2014 13:19
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmişə olduğu kimi, bu dəfə də 24 aprel dünya ermənilərinin qondarma soyqırım aksiyası fiaskoya uğrayacaq. Ermənilər qəbul etməlidirlər ki, öz yalanları ilə dünya ictimaiyyətini aldada bilməyəcəklər”.

Bu fikirləri “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib. Onun sözlərinə görə, XX əsrin əvvəllərində ermənilərin Anadolu, Qüzey Azərbaycan ve Güney Azərbaycanda törətdikləri soyqırım aktları ilə bağlı ortaya çıxan faktlar, bu bölgədə tapılan toplu məzarlıqlar, onların ideoloji təbliğat strategiyasını alt-üst edir: “Əslində, soyqırıma türklərin məruz qaldığı ortaya çıxır. Bu gün bu yerlərdə hələ də açılmayan toplu məzarlıqlar var. Hər bir belə məzarlıqların altında erməni cinayətləri ilə dolu acı tarix yatır. Təkcə, 1992-ci ilin fevral ayının 26-da törədilən Xocalı soyqırımı onların iç üzünü açıb ortaya qoydu. Halbuki illərlə əsl simalarını gizlədən və dünyada formalaşdırdıqları yalan ssenariləri ilə zaman-zaman fikirlərə təsir göstərməyə çalışan erməni şovinizmi, müasir dünyada həyata keçirdikləri Xocalı soyqırımı ilə yeni dünya tarixinin səhifələrində insanlıq adına qara ləkə kimi qalacaqlar. Bu gün Ermənistan və erməni lobbisinin uydurma yalanlarını yaymağa çalışırlar. Özünü "qlobal" güc adlandıran ermənilərlə bu bölgədə məqsədli layihələr həyata keçirmək istəyən dövlətlər, gün gələcək ki, ermənilərin nə qədər xəyanətkar bir ünsür olduğunu görəcək və tarix qarşısında utanc hissi duyacaqlar”.

C.Ələkbərov deyib ki, ermənlər Xocalı soyqırımı cinayətlərindən qaça bilmirlər: “Üstəlik, təkcə ermənilərin təbliğatı yüz illədir ki, Türkiyə və Azərbaycanın yox, bütün türk dünyasının əleyhinə yönəlib. Türk dünyası bu məsələdə ayıq sayıq olmalı və birgə mübarizə modelini ortaya qoymalıdır”.

Təşkilat sədri deyib ki, Xocalı sakini başına gələn faciələr barədə danışmalı və fəallıq göstərməlidirlər: “Eyni zamanda Xocalı hadisəsinin canlı şahidlərinin xarici mətbuatda fikirlərinin yayımlanmasını nail olmalıyıq ki, nəticədə həqiqətlər ortaya çıxsın və beynəlxalq arenanın erməni lobbisinə qarşı ciddi təsir göstərməsinə nail ola bilək. Çünki bizim söyləyəcəyimiz həqiqətlərin altında böyük acı faciələr və gerçək faktlar yaşanır”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər