7 İyul 2017 20:51
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan ordusunun işğal edilmiş torpaqlarda yerləşən erməni mövqelərinə endirdiyi zərbələr nəticəsində 3 hərbçi yaralanıb. Onlar Robert Qasparyan (1969), Qaqik Badalyan (1998) və Karen Arutunyandır (1997).

Teleqraf.com xəbər verir ki, erməni mətbuatının yazdığına görə, yaralı erməni hərbçilərindən birinin durumu ağırdır. O, başından ağır yaralanıb.

Digər iki yaralı barədə məlumat verilmir.


Müəllif: Ruslan