Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 5 illik nəzərdə tutulan sertifikasiyaya uyğun ilk test imtahanı oktyabrda keçiriləcək: "Dövlət qulluğuna qəbulun yeni model əsasında təşkili üçün sınaqlara və təlim prosesinə ehtiyac var".
DİM sədri dövlət qulluqçularının güzəştli mənzillə təminatından da danışıb: "Bu məsələ ilə bağlı dövlət qurumları ilə əməkdaşlıq vacibdir. Dövlət qulluqçularının ipoteka əsasında və ya güzəştli əsasla mənzil alması qanunvericilikdə nəzərdə tutulub. Onlara verilən bu güzəştlərdən istifadə etmələri üçün dövlət reysterində məlumatların olması mütləqdir.
Dövlət İmtahan Mərkəzi dövlət qulluqçularına bu xidməti güstərmək üçün proqram təminatı hazırlayıb. Bu iş təkcə Dövlət İmtahan Mərkəzindən asılı deyil. Dövlət orqanları ilə birlikdə bu istiqamətdə iş aparılacaq. Bu prosesdə məsuliyyətli olmaq, məlumatları bazaya düzgün daxil etmək dövlət orqanlarının işidir.
İnzibati Xətalar Məcəlləsində bu məlumatların daxil edilməməsi barədə cərimələr var”.
Qeyd edək ki, güzəştli mənzil almaq üçün artıq Dövlət İmtahan Mərkəzinə 500-dən çox arayış təqdim edilib.