13 İyul 2017 15:07
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası seçki qanunvericiliyinin təkmilləşdirilməsi mövzusunda dəyirmi masa keçirib. Biz tədbirin sənədlərini mətbuatda yaydıq. REAL Hərəkatı, D18 Təşkilatı və NİDA-nın rəhbərliyi bununla maraqlandığını bildirdi. Zamanı gələndə bu mövzuda müzakirələrin başlanması haqda ilkin razılaşma əldə edilib. Ancaq indiki məqamda bu məsələnin xüsusi müzakirəsi aparılmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı müxalifət düşərgəsində siyasi qüvvələr arasında münasibətlər haqqında danışarkən deyib.

Aslanlı qeyd edib ki, böyük ehtimalla siyasi qüvvələr arasında müzakirələr sentyabrda başlayacaq.

AXCP-Müsavat münasibətlərinə gəlincə, müsahibimiz deyib ki, tədbirlərdə AXCP nümayəndələrini görəndə salamlaşırlar: “Eyni zamanda məhbusların müdafiəsi istiqamətində fəaliyyəti koordinasiya edirik. Münasibətlərin yaxşılaşdırılması istiqamətində hansı addımlar atmaq lazımdırsa, Müsavat Partiyası tərəfindən atılır”.

Müsavatçıların tətilə çıxıb-çıxmayacağına gəldikdə isə icra aparatının rəhbəri deyib ki, onlar tətil haqqında düşünməyib: “Həm maliyyə durumumuz, həm də vəziyyət bizə tətili haqda düşünməyə imkan vermir. Bu şənbə Müsavat Məclisinin toplantısı keçiriləcək. Məclisdən sonra bir qədər sərbəstlik veriləcək. O mənada kı kimin müalicəyə ehtiyacı varsa, avqust ayında həyata keçirə bilsin. Amma hamının tətilə buraxılması anlayışı yoxdur”.


Müəllif: Cavad