19 İyul 2017 13:55
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün keçirdiyimiz ikitərəfli və üçtərəfli görüşlər zamanı həm ikitərəfli, həm də regional məsələləri müzakirə etdik.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Bakı-Tiflis-Qars layihəsi tamamlanıb və bu gündən sınaq yürüşləri başlayacaq: “Payız aylarından isə səfərlərin həyata keçirilməsinə başlanılacaq. Bu il qardaş Türkmənistanda prezidentlərin zirvə görüşü keçiriləcək. Bugünkü görüş həm də o sammitə hazırlıq görüşü idi. Mən iyulun 4-də Füzülidə baş verən xain hücum nəticəsində həlak olanların ailələrinə başsağlığı verirəm. Ermənistan bu təhrikedici addımlara son qoymalıdır. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Mən ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatları daha aktiv şəkildə səy göstərməyə çağırıram”.


Müəllif: Səxavət

Oxşar xəbərlər