19 İyul 2017 17:10
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pis şeyləri tez yazırıq. Ancaq bu dəqiqələrdə Bakı-Mingəçevir marşrutu xarab olub. 38 dərəcə istidə avtobusun içi sərnişinlə doludur. Nəvai postundaYol Patrul Xidmətinin 99-YP-868 dövlət nömrə nişanlı avtomobilini idarə edən polis öz pulu ilə bütün sərnişinlərə sərin su alıb gətirdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Taleh Məmmədov adlı istifadəçi sosial şəbəkədə yazıb.

O, statusunun sonuna “Təşəkkürlər, polis əmi! Səndən çox olsa yaxşı olar” sözlərini də əlavə edib.


Müəllif: Şəfiqə Nazimqızı