22 İyul 2017 16:31
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı iyunun 10-da keçirilən test imtahanından uğur qazanan və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə avqust ayının 10-dan etibarən söhbət keçirilməsinə başlanılacaq.

Ədliyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, söhbət nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən söhbətin nəticələrinə görə uğur qazanan hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər