26 İyul 2017 08:17
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Virus infeksiyaları zamanı uşaqları ağır dərmanlarla müalicə etmək düzgün deyil.

Bunu Teleqraf.com-a açıqlamasında pediatr Altay Abdullaoğlu deyib.

Onun sözlərinə görə, yay aylarında mədə-bağırsaq xəsətliklərinin artdığı müşahidə olunur: “Bu xəstəliklərə azyaşlı uşaqlarda daha tez-tez rast gəlinir. Xəstəliklərin əsas yaranma səbəbi yay mövsümündə havanın kəskin isinməsi, ishala səbəb olan amillərin çoxalması, qida məhsullarının isti havada daha tez öz keyfiyyətini itirməyə meyilli olması, bununla əlaqədar uşaqların qidalanma nizamının pozulmasıdır. Bu xəstəliklərə daha çox ağız yolu ilə yoluxulduğundan yeməkdən əvvəl və sonra əl təmizliyinə, körpələrimizə verdiyimiz qidaların xarab olmamasına, saxlanma şəraitinin normal olmasına xüsusi diqqət etmək lazımdır”.

Pediatr bildirib ki, mədə-bağırsaq xəstəliyinin səbəbi virus, bakteriya və parazitlərdir: “Xəstəlik zamanı körpələrdə qusma, qarında ağrılar, temperatur və qarın getmələri baş verir. Bu viruslardan ən çox qarşımıza çıxanı rotavirusdur. Virus infeksıyaları zamanı uşaqları ağır dərman müalicələrinə məruz qoymaq düzgün deyil. Bu xəstəliklər zamanı körpəni nəzarətdə saxlamaq və ehtiyac olduğu təqdirdə yüngül müalicələrə başlamaq lazımdır. Bəzən xəstəliyin bu formada müşahidə olunması qarşı tərəfi qorxudur və bu səbəbdən birbaşa ağır antibiotik müalicələri başlanılır ki, bu hal doğru deyildir”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər