4 Avqust 2017 11:55
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov sabah İrana gedəcək.

İranın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, o, İranın ikinci dəfə seçilən Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək.

Xatırladaq ki, H.Ruhanı mayın 19-da keçirilən seçkilərin ikinci turunda əsas rəqibi, İranın keçmiş baş prokuroru İbrahim Rəisini qabaqlayaraq, ikinci dəfə prezident seçilib. O seçici səslərinin 57,14%-ni qazanıb.

Avqustun 3-də H.Ruhani İranın ali lideri ayətullah Əli Xameneyi qarşısında and içib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər