7 Avqust 2017 13:54
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərraca 66 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, bunlardan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kənd-kimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var.

Onların arasında Yevlax Yun, Masazır Quşçuluq, Xaçmaz Mexanizasiya Nəqliyyat, Mingəçevir Qum Çınqıl, Ağcabədi Aqrotexservis, Zaqatala Sənaye Kombinatı və bu kimi digər səhmdar cəmiyyətlər var.

Hərraca cıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər