Bunu Teleqraf.com-a açıqlamasında sığorta eksperti Xəyal Məmmədxanlı deyib.
Ekspert bildirib ki, maşının kasko sığortası varsa, dəymiş zərəri kasko da ödəyə bilər:
“Amma sonra sığorta şirkəti reqres (subroqasiya) qaydasında cərimə meydançasından ödədiyi məbləği tələb edə bilər”.
Sığorta eksperti Nicat Əlibəyli də deyir ki, cərimə meydançasında yanan avtomobilə görə məsuliyyət həmin idarənin üzərində qalır: “Avtomobili cərimə meydançasına aparan şirkət rəsmi cavab verməlidir. İcbari sığorta zamanı qarşı tərəfə dəyən zərər ödənilir. Lakin bu durumda ortada qarşı tərəf olmadığından, əslində, heç bir ödəniş düşmür. Həmçinin avtomobilin kasko sığortası olmadığından da heç bir ödənişdən söhbət gedə bilməz”.