9 Avqust 2017 16:50
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan Teleqraf.com-a verilən məlumata görə, iclasda Azərbaycan ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib.

Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün “Azad Azərbaycan” Teleradio Kompaniyasına (“ATV” televiziyası) və “Xəzər” televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul edilib.

Həmçinin “TV Texservis” kabel şəbəkəsi yayımçısı tərəfindən TV yayım proqramlarının kodlanmış yayımının həyata keçirilməsi üçün 22-ci TV yayım kanalının onun istifadəsinə verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda iclasda Qubada fəaliyyət göstərən “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinın adının dəyişdirilməsi ilə əlaqədar olaraq ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilməsi və “Albax TV” MMC-yə 27 iyul 2011-ci il tarixdə kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər