9 Avqust 2017 17:55
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətaidə mənzillərdən birində 71 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:38-də başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər