13 Avqust 2017 10:13
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 62 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.5 m3/s olmaqla, ongünlük normanın 17 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqələrində 4, Araz çayının Novruzlu məntəqəsində 7 sm azalma, Salyanda 3, Bankədə 22 sm artım qeydə alınıb. Surra məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 11-də 365 sm), Şirvanda 207 sm, Salyanda 126 sm (2016-cı il avqustun 11-də 150 sm), Bankədə 205 sm (2016-cı il avqustun 11-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 63 sm (2016-cı il avqustun 11-də 76 sm) təşkil edir.


Müəllif: İlhamə

Oxşar xəbərlər