14 Avqust 2017 11:10
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur iş adamları sırasında olan "Northgas" şirkətinin prezidenti Fərhad Əhmədov Bodruma tətilə gəlib.

İş adamı həyat yoldaşı Tatyana Əhmədova, 3 uşağı və yaxın dostları ilə 115 metrlik şəxsi yaxtasında dincəlir. Yunanıstanın Korfu, Mikonos, Tilos, Leros adalarını gəzdikdən sonra Türkiyəyə gələn Əhmədovun nəhəng yaxtasını görmək istəyənlər sahilə yanaşıb. Yaxtanın ətrafında mühafizəçilər 6 botla təhlükəsizliyi qoruyub. İş adamı balıqçılardan təxminən 150 kiloqram kalmar, balıq və digər dəniz məhsulları alıb.

Fərhad Əhmədov sözügedən yaxtasını bu ilin əvvəlində "Çelsi" futbol klubunun prezidenti rus milyarder Roman Abramoviçdən alıb. Üzgüçülük hovuzu, helikopter dayanacağı, mini dənizaltı, 6 sürət qayığı var. Yaxtanın şüşələri güllə keçirtmir, hər növ raketə qarşı müdafiə sistemi var. "Luna" adlı yaxta saatda 30 mil sürətlə hərəkət edir./GoldNews.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər