Hidremeteoroloqlar İstanbul əhalisinə yenidən ciddi xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, proqnozlara görə, bu gün İstanbulu güclü yağış, qəfil sel, daşqın, ildırım və nəqliyyatda ciddi axsamalar gözləyir.
Xəbərdarlıqda İstanbul, Qocaeli, Yalova, Bursa və Sakaryada bu sabah saatlarından etibarən güclü yağış gözlənildiyi, vətəndaşların baş verə biləcək risklərə hazır olmaları xahiş edilir.
“Vətəndaşlarımızın meteoroloji proseslərə və xəbərdarlıqlara diqqətlə yanaşması, mümkün olduqca daha çox ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur”, - Böyükşəhər bələdiyə baqanı Qədir Topbaş bildirib.
Gözlənilən güclü yağış və dolu təhlükəsi ilə bağlı sığorta şirkətləri də bundan qabaqkı doluda 150 min avtomobilin xəsarət aldığı İstanbulda müştərilərinə SMS və mail yollayaraq xəbərdarlıq edib:
“Gözlənilən daşqın, sel və dolu təhlükəsinə qarşı gərəkən tədbirləri görün. Mümkünsə, avtomobillərinizi qapalı dayanacaqlarda saxlayın”.