25 Avqust 2017 17:46
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şoferin 25 ildən artıq diplomatik təcrübəsi var.

Teleqraf.com “Amerikanın səsi”nə istinadla xəbər verir ki, 1985-ci ildə Yala Universitetini bitirən Şofer Kolumbiya Universitetində beynəlxalq münasibətlər üzrə magistr təhsili alıb. 1991-ci ildə ABŞ-ın Bəhreyn və Küveytdəki səfirliklərində, 2000-ci illərdə Rusiya, Haaqa, Kabuldakı diplomatik korpuslarda siyasi əlaqələr sahəsində fəaliyyət göstərib.

Sabiq müvəqqəti həmsədr Riçard Hoqland Şoferin münaqişələrin həllində praktiki təcrübəsi olduğunu deyib: “Şofer 2011-2014-cü illərdə ABŞ-ın Kiprdəki səfirliyinin missiya rəhbərinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə Birləşmiş Ştatları Vyanada beynəlxalq təşkilatlar yanında Missiyada təmsil edib. Şofer diplomatik fəaliyyəti illərində insan haqlarını aktiv müdafiə edib, xüsusilə də qadınlar, milli və digər azlıqlarla bağlı məsələlərə köklənib. Şoferin fikrincə, bərabərlik rəsmiyyət kimi yox, real olmalıdır”.

Hoqland hesab edir ki, yeni həmsədrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərin biliyi var: “Biz dəfələrlə görüşüb müzakirələr aparmışıq, ona görə o, bütün informasiya malikdir”.

Qeyd edək ki, yeni həmsədr evlidir və 2 oğlu var.

Xatırladaq ki, ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin sabiq baş köməkçisi Riçard Hoqland bu ilin yanvarından ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri vəzifəsini icra edib. Avqustun 28-dən etibarən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri vəzifəsini Endryu Şofer icra edəcək.


Müəllif: Nərgiz

Oxşar xəbərlər