28 Avqust 2017 12:03
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keyfiyyətsiz optikadan istifadə görmə qabiliyyətinizi pisləşdirə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Aytən Sultanova deyib.

Onun sözlərinə görə, insanlarda görmə qabiliyyətinin pisləşməsinə irsilik amili də səbəb olur:

“Keyfiyyətsiz optikadan istifadə və ultrabənövşəyi şüaların təsiri də görmə qabilliyyətinin pisləşməsini artırır”.

Aytən Sultanova deyir ki, eynək alanda diqqətli olmaq lazımdır: “Ucuz eynəklərin böyük fəsadları var. Onların hazırlandığı maddələrin tərkibində çoxlu miqdarda radioaktiv maddələr olur. Günəşdən əks olunan ultrabənövşəyi şüalar eynəyin tərkibində olan radioaktiv maddələrlə mübadiləyə girir. Nəticədə isə insanın gözü kor ola bilər”.

Baş həkim qeyd edib ki, gözlərin sağlamlığını qorumaq üçün bir neçə sadə qaydaya riayət etmək kifayətdir:

“Düzgün işıqlandırma bu qaydalardan biridir. İşıq zəif olan yerdə gözlər həddindən artıq yüklənir və tez yorulur. Güclü işıq da gözləri xeyli yükləyir. Bunun üçün gün işığı lampalarından istifadə etmək daha məsləhətlidir. Gözü qorumağın qaydalarından biri də təmiz havada gəzməkdir. Günəş şualarının gözə ziyanı olduğu üçün yüksək keyfiyyətli gün eynəkləri taxmaq lazımdır”.

Aytən Sultanova həmçinin bildirib ki, "Optika haqqında" qanun layihəsinin hazırlanmsı barədə hələ ki, məlumatı yoxdur.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev açıqlamasında "Optika haqqında" qanun layihəsinin hazırlandığını deyib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər