Gənc şair Eminquey Akif və yazar Kazım Kazımoviç Bakının mərkəzində maraqlı bir məkan açıblar.
Teleqraf.com xəbər verir ki, “OL siti” adlanan kafedə kitab oxumaq üçün şərait və qiymətlərin həddindən artıq ucuz olması sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb.
Gənclər bildiriblər ki, yeni açılan “OL siti”də müəyyən qədər kitab var, lakin tezliklə kitabların sayı artacaq və mütaliə üçün əlavə guşə yaradılacaq.
Kafe Bəşir Səfəroğlu 138 (Nizami küçəsi, “MakDonalds”ın arxası) ünvanında yerləşir.
“OL siti” kafesinin menyusunu kitabı sevdirmək üçün yeni forma seçən gənc yazarlara və kitabsevərlərə dəstək üçün təqdim edirik:
Çay + mürəbbə – 50 qəpik
Kofe və ya kapiçino + şirniyyat – 1 manat
Pivə + Pendir ( və ya noxud, cips, suxarı) – 1 manat
Gürcü çaxırı + meyvə – 3 manat
Yerli çaxır + meyvə – 2 manat
Viski - “Cak Deniels” 50 qram + hell – 4 manat
Viski - “Çivas Reqal” 50 qram + hell – 4 manat