Aparıcı Xoşqədəm Hidayətqızı onun dişini mülaicə edən stomotoloqu məhkəməyə verəcəyi ilə təhdid edib.
Publika.az xəbər verir ki, aparıcı ad çəkməsə də, instaqramda məşhur diş həkiminin onu başına gətirdiyi dəhşətli hadisə haqqında ətraflı məlumat verib:
“Aylardır diş ağrısından əziyyət çəkirdim. Hansı həkimə gedirdimsə, ciddi problem olmadığını və soyuq nə isə içdiyim üçün ağrıdığını deyirdi. Bu yay ağrıdan əziyyət çəksəm də, uşaqlara görə həkimə gedə bilmədim. Dünən çəkilişdə dişim elə ağrıdı ki, verilişi yarımçıq qoymalı oldum. Və dəhşətli mənzərə fotodadır. Bir çox imkanlı, tanınan insanın üz tutduğu həkim illər əvvəl dişimi müalicə edərkən alət qırılır və diş kökündə qalır. Ağrı verməyi bir tərəfə dişin dibində bir neçə aya şiş yaranır və sinirə doğru yaxınlaşır. Axı mən sənin yanına inanıb gəlmişdim. Qazandığın o pulu rahat yeyəcəyinə əminsən? İndi gedirəm, amma qayıdan kimi ilk işim dişimi o vəziyyətə qoyan səriştəsiz həkimi məhkəməyə vermək olacaq. Əgər həkimlikdən imtina edərsə, ondan əl çəkəcəm”.
Daha sonra aparıcı işini bilən həkimlərə təşəkkürünü bildirib:
“Yaxşı ki, bu cür həkimlərlə yanaşı işini sevən və bilən fədakar həkimlər də var. Uzun illər Avropada yaşayan, dişi üçün məhz Bakıya gələn dostum başqa bir həkimi mənə məsləhət gördü. Rəbbim onları qorusun. Aylar sonra gecə onların səyasinə diş ağrısı çəkmədən rahat yatdım”.