14 Sentyabr 2017 21:25
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri növbəti seminarda iştirak ediblər.

İdarədən Teleqraf.com-a verilən məlumata görə, "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda 4-cü dəfə keçirilən seminar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində reallaşıb.

Dörd gün davam edən seminara Avropa Şurasının ekspertləri Olena Stislavska və Majena Rafalska moderator kimi qatılıblar.

Seminarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərini Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumatlandırmaq və onların bu barədə şagirdləri maarifləndirməsinə kömək etməkdən ibarətdir.

Qeyd edək ki, "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi metodikası" mövzusunda bu ilin ötən dövründə 2 təlim çərçivəsində 4 seminar keçirilib. Yanvar, may, iyun və sentyabrda təşkil olunan seminarlarda müsahibə yolu ilə seçilən 70 müəllim iştirak edib. Onlardan ardıcıl olaraq 2 seminara qatılan 50-ə yaxın müəllimə sertifikat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər