AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi Fərhad Cabbarov tarixçilərə maraqlı bir təklif edib.
Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədəki statusunda tarixçiləri ona dəstək verməyə çağırıb:
“15 sentyabr Bakının qurtuluşu günüdür. Dərindən düşünəndə, əslində, həmin gün Bakıda müsəlman əhalinin təkcə xilası yox, həm də yaşamaq haqqı təsdiq olunan gündür. Dünyanın bir çox ölkələrində "Şəhər günü" var. Yaxşı olardı ki, 15 sentyabr rəsmən "Bakı günü" elan edilsin. Tarixçilər, dəstək olun!”