17 Sentyabr 2017 08:54
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti hava şəraitində qadınlar bəzi hərəkətlərə yol verməməlidirlər. Siyahı elə də böyük deyil, onlara əməl etmək hər kəsə ancaq fayda verər.

Saat 12:00-16:00 arası evdən çıxmamaq məsləhətdir. Bu zaman sutkanın ən isti vaxtıdır və gün vurma təhlükəsi maksimumdur.

Mütəxəsisilər bildirirlər ki, ictimai nəqliyyatda ehtiyatlı olmaq lazımdır . Çünki burda istidən başqa, havasızlıq da var. Dar və hündürdaban ayaqqabı geyinməyin. Dəri nəfəs almalıdır.

Kosmetikanı azaltmaq, mümkündürsə istifadə etməmək məsləhətdir. Ən ziyanlı kosmetik vasitə tonal krem və pudradır. Onlar dəriyə nəfəs almaq imkanı vermir.

Ətir və lasyonlardan istifadə yolverilməzdir. Çünki isti havada qoxu bezdirir və havasız şəraitdə nəfəs almaq çətinləşir. İstilərdə baş örtüyü vacibdir. O cümlədən uşaqlar üçün. Rəngli geyimlərə, örtüklərə üstünlük vermək lazımdır.

Soyuq su ilə çimməyin. Su ilə havanın temperaturu arasında fərq 10 dərəcədən çox olmamalıdır. Kəskin fərq damarlarda problem yarada bilər.

İdmanla fəal məşğul olmaq, ağır fiziki işlə məşğul olmaq məsələhət deyil.

Ağır yağlı, ətli yeməklərdən, kremli şirniyyatlardan çəkinin.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər