Bu gün Abşeron rayon Saray qəsəbəsi 3 saylı tam orta məktəbdə müəllimlər və nazirlik əməkdaşları ilə birgə iclas keçirildi.
Bu barədə ilk dərs günü müəllimi tərəfindən döyülən Vaqifin valideyni Aytən Əliyeva Teleqraf.com-a məlumat verib.
Onun sözlərinə görə, məsələ iclasda geniş müzakirə edilib: “Qərara alındı ki, Təranə müəllim oğlumgilin sinfinə dərs deməsin. Başqa əvəzləyici müəllim təyin edildi.
Əslində Təranə müəllim də əvəzedici idi. Onun günorta növbədə başqa sinfi var. İndi ancaq günorta növbəsindəki sinfinə və yeni təyin edilən əvəzedici müəllimin sinfinə müvəqqəti dərs deyəcək. Nazirlik əməkdaşları söz verdi ki, 2- 3 günə yeni müəllim göndərəcəklər”.
Qeyd edək ki, dünən Aytən Əliyeva övladı Vaqif Əliyevin Abşeron rayon, Saray qəsəbəsi 3 saylı tam orta məktəbdə ilk dərs günü müəllimi tərəfindən təhqir olunaraq, döyüldüyü barədə sosial şəbəkədə paylaşım etmişdi.