21 Sentyabr 2017 11:06
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 yaşlı qızın sağlam həyatına dönməsi üçün xeyirxah insanların köməyi lazımdır.

Lənkəran rayon Sütəmurdov kənd sakini İlahə Rasim qızı Həsənova 5-ci ildir ki, iflic xəstəliyindən əziyyət çəkir. Balaca dörd yaşına qədər olduqca sağlam olub. Bu xəstəlik onda adi qızdırmadan sonra komaya düşməsi nəticəsində yaranıb. Həmin gündən etibarən, yemək yeməyən uşaq gəzmək və danışmaq qabiliyyətini də itirib, valideynlərini tanımayıb. Kənd camaatı tərəfindən ailəyə edilən müəyyən yardımlardan sonra İlahə Təbrizə aparılaraq orada bir neçə seans müalicə keçib. Müalicədən sonra uşağın ayaqları nisbətən açılıb. Həkimlər davamlı müalicə ilə İlahənin tam sağalacağına zəmanət verirlər. Bunun üçün isə ailənin maddi imkanı yoxdur. Bunun üçün imkanı olan şəxslərdən kömək istəyirik. Çox maddiyyat tələb olunmur. Müəyyən seanslar üçün hələlik 4000-5000 manat (yol və iynə-dərman xərcləri daxildir) məbləğində pula ehtiyac var. Müalicə müsbət nəticə versə, daha sonra yenidən yardım kampaniyası başlatmağı düşünürük. Xahiş edirik biganə yanaşmayın. Yardım etmək istəyənlər üçün məlumatlar:

Bank: AccessBank (Lənkəran ş., H. Aslanov pr. 1)

Tel: (+99425) 2554813

Faks: (+99425) 2554895 Kod: 504443 VÖEN: 1400057421 SWIFT: ACABAZ22 Müştəri: Adı: Həsənova Qəribə Zakir qızı Hesab no (İBAN): AZ29ACAB00210100000000130011 AZN Ünvan: Lənkəran ray, Sütəmurdov kəndi

Telefon: +994 051 7927429; +994 252552601

Müxbir Hesablar: AZ10NABZ01350100000000056994 (AZN) AZ29NABZ01350200000000056840 (ABŞ dolları) AZ55NABZ01350200000000056954 (AVRO)

Sağlam vaxtındakı fotolar:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər