“Türkiyə - Azərbaycan münasibətlərində önəmli günlər yaşayırıq”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin müstəqilliyinin ildönümü ilə bağlı keçirilən tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O xatırladıb ki, iki gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib və Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Bakı-Tbilisi-Qars dəmiryol xəttini açıb: "Bakı-Tbilisi-Qars dəmiryol xətti aramızda olan dəmir bağlardan biridir. Amma bizim aramızdakı münasibətlər dəmir bağlardan daha güclüdür".