Nyu -Yorkda bir günlük yeməyə təxminən 7000 dollar xərcləməklə hansı ləziz təamları dadmaq mümkündür?
Teleqraf.com-un məlumatına görə, "CNBC" Nyu-Yorkda bir gün üçün yeyilə biləcək ən bahalı yeməklərin siyahısını hazırlayıb. Siyahıda tərkibində Xəzər kürüsünün də olduğu pizza da yer alıb.
Qeyd edək ki, xidmətə 2000 dollara təklif edilən omletdən tutmuş 315 dollara satılan içki və yeməklərin ən yaxşıları daxildir.
Burada qeyd olunan və formal olaraq “Kralsayağı qızardılmış pendir səndviçi” adlandırılan yemək “Ginnesin Rekordlar Kitabı”na əsasən dünyanın ən bahalı səndviçi hesab olunur.
Səndviçin tərkibi fransız çörəyi, cənubi İtaliyadan gətirilmiş pendir, xüsusi növ zeytun yağı və qızılı qarğıdalıdan ibarətdir.
Başqa bahalı təam isə qiyməti 2000 dollara olan bir dilim pizzadır. Sobada bişirilən xəmirin üzəri İngiltərədən gətirilmiş xüsusi növ pendir, Xəzər kürüsü əlavə edilərək məxsusi rəng effekti üçün qızılgül ləçəkləri ilə örtülür.
Pizzadan dadan "CNBC" əməkdaşı “Bu, mənim indiyə qədər yediyim ən dadlı təamdır” deyə yazıb.