15 Noyabr 2017 22:02
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1603 qərar qəbul edilib.

DMX-dәn Teleqraf.com-a verilәn məlumata görə, ay ərzində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 1603 qərar qəbul edilib ki, onlardan 242-si ölkə ərazisində yaşamaları leqallaşdırılma ilə bağlı, 794-ü ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 488-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 60-ı Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 19-u müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

Ümumiyyətlə, ay ərzində xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10526 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

2017-cı ilin oktyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 51505 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Ay ərzində DMX-nin “Çağrı mərkəzi” nə isə 9022 zəng daxil olub.

Həmçinin DMX tərəfindən oktyabr ayı ərzində respublikanın müxtəlif şəhər və rayonlarında 7 maarifləndirmə tədbiri keçirilib və səyyar xidmət təşkil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər