25 Aprel 2014 13:46
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Saf Həyat Naminə" Gənclər İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində təşəbbüs ortaya qoyan layihə həyata keçirir.

İctimai Birliyin sədri Səbinə Abbasovanın Teleqraf.com-a verdiyi məlumata görə, layihənin icrası zamanı bu qism uşaqların müəyyən sayını əhatə edilməklə xüsusi kataloq yaradılacaq. Kataloqa bu uşaqlar haqqında məlumatlar toplanacaq, onların peşə təhsilinə yiyələnməsi ilə bağlı maarifləndirmə işi həyata keçiriləcək:

"Əslində onların problemlərini, məşğulluqlarını ictimai dəstəklə çox asan şəkildə həll etmək mümkündür, bunun üçün ayrıca mexanizm işlənməlidir.

Bu müxanizm həmin gənclərin hamısını olmasa da, müəyyən hissəsi haqqında müfəssəl məlumatı özündə əks etdirən kataloqların hazırlanması, bu kataloqların peşə təhsili müəssisələrinə, kadr axtarışında olan müəssisələrə təqdim edilməsindən ibarətdir”.

NİGAR


Müəllif:

Oxşar xəbərlər