1 Dekabr 2017 17:14
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Məktəb-Lisey Kompleksinə yeni direktor təyin edilib.

Təhsil Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Məktəb-Lisey Kompleksinin sabiq direktoru Hüseynov Qafar Möhsün oğlu ilə bağlanmış əmək müqaviləsi ərizəsi Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 15 noyabr 2017-ci il tarixdə ləğv edilib.

Bakı şəhəri 95 nömrəli tam orta məktəbin sabiq direktoru Babayev Fuad Polad oğlu 27 noyabr 2017-ci il tarixindən Məktəb-Lisey Kompleksinə direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Məktəb-Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri direktor Qafar Hüseynovun işdən çıxarılmasına etiraz edərək aksiya keçirmişdilər.

Həmin vaxt məsələ ilə bağlı verilən rəsmi açıqlamada bildirilmişdi ki, Qafar Hüseynov tədris ilinin başlanmasına az qalmış əməliyyat olunub: "Hazırda o, xəstəlik vəziyyətinə görə işə çıxmır. Lakin hələ də kompleksin direktoru vəzifəsində qalır. Ona görə də valideynlərin narahatlığının heç bir əsası yox idi. Onun xəstəliklə bağlı bülleteninin nə vaxt bitəcəyi barədə məlumatımız yoxdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər