1 Dekabr 2017 18:18
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul edilib.

Teleqraf.com xəbər verir ki, sənəddə tərəflərin Əfqanıstan məsələsi üzrə ümumi mövqeyiəksini tapıb.

Konfrans iştirakçıları həmçinin Əfqanıstanın təhlükəsizliyi, sabitliyi və rifahının təmin edilməsi üçün gələcək tədbirlərin vacibliyini vurğulayıblar.

“Asiyanın Qəlbi” - İstanbul Prosesi “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platforma sayılır.

VII nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən dövlətlər və beynəlxalq təşkilatlar, Əfqanıstan İslam Respublikasının xarici işlər naziri, eləcə də Türkiyə, Pakistan, İranın xarici siyasət idarələrinin rəhbərləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğız Respublikası, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Əfqanıstan və Orta Asiya üzrə xüsusi nümayəndələri iştirak ediblər. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər