7 Dekabr 2017 11:45
1 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, “Bulvar Otel”də keçirilən konfransda 116 nümayəndə iştirak edib.

Vəkillər Kollegiyiyasının Rəyasət Heyətinin üzvü, Bakı Hüquq Mərkəzi hüquq şirkətinin direktoru, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri Anar Bağırovun kollegiyanın rəyasət heyətinin sədrliyinə namizədliyi irəli sürülüb.

Səsvermə nəticəsində Anar Bağırov növbəti 5 il müddətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.

Həmçinin Vəkillər Kollegiyasına sədr müavinləri və Rəyasət Heyətinə üzvlər seçilib. Aydın Axundov və Pərviz Ələkbərov Rəyasət heyəti sədrinin müavinləri seçilib.

Bundan başqa, Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vuqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva, Sahib Səfərov, Tural Hüseynov, Elçin Qənbərov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yeni üzvləri seçilib.

Qeyd edək ki, bu il sentyabrın 27-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. İclasda kollgiyanın sədri Azər Tağıyevin Rəyasət Heyətinə ünvanladığı müraciətə baxılıb. Azər Tağıyev müraciətində səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib.

Azər Tağıyev səhhəti ilə bağlı iclasda iştirak etməyib. Onun müraciətinə baxılıb və o, Vəkillər Kollgiyasının Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunub.

Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Azər Tağıyevin beş illik səlahiyyət müddəti bu ilin dekabr ayında bitirdi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər