Azərbaycan Respublikasının Prezidenti Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram".