Pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər ton üçün 100-110 manat artırılıb.
Bu barədə Teleqraf.com-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, 1 dekabr 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin rəhbərlərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan MKT İK MMC və CTS AQRO MMC-nin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə cari ildə görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün 2018-ci ildə həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.
Nazirliyin qərarı ilə pambığın növlər üzrə qiyməti 2018-ci ildə aşağıdakı kimi müəyyənləşdirilib.
2017-ci il (faktiki) | 2018-ci il (təklif olunan) | |
1-ci növ | 500 | 600 |
2-ci növ | 470 | 580 |
3-cü növ | 440 | 540 |
4-cü növ | 400 | 500 |