İsrailin “Beth Israel Deaconess Medical Center” (BIDMC) mərkəzinin mikrobioloqları süni intellekt vasitəsilə qanda patogenləri müəyyənləşdirən “ağıllı” mikroskop yaradıblar. Mikroskopun köməyi ilə əldə edilən şəkillər kompüter təlimi alqoritmi tərəfindən emal olunur.
Teleqraf.com xəbər verir ki, mikroskop vasitəsilə çəkilən şəkilləri tanıyan yüksək dəqiqlikli neyroşəbəkəyə bakteriyaları daha kontrastlı etmək üçün əvvəlcədən boyaq maddəsi ilə emal olunan və onlara çoxalmağa imkan vermək üçün normal şəraitdə saxlanılan 25 min şəkil nümunəsinin 100 min massiv fraqmenti öyrədilib.
Məlumata görə, neyron şəbəkə bakteriyaları onların xarici görünüşünə görə tanıyır və müəyyənləşdirir. Neyroşəbəkə bakteriyaların formasını və təşkilini nəzərə alaraq bu əlamətlərə görə geniş yayılmış xəstəlik törədən orqanizmləri asanlıqla müəyyənləşdirə bilib. Təlimin sonunda bakteriya növlərinin müəyyənləşdirilməsinin dəqiqliyi 95 faiz təşkil edib.
Bildirilir ki, sonra neyroşəbəkə insanın müdaxiləsi olmadan emal edilən 189 nümunə üzərində sınaqdan keçirilib. Bu halda sistem bakteriya növlərinin 93 faizini düzgün müəyyənləşdirib. Mütəxəssislərin fikrincə, gələcək təlim sistemi etibarlı və tam avtonom diaqnozlaşdırma alətinə çevirəcək.
Qeyd olunur ki, laborantlar adətən bakterial infeksiyalara qan analizinə görə düzgün diaqnoz qoya bilirlər. Süni intellekt insanların iş səmərəliliyini artırmaq üçün cəlb edilməyib. Məsələ ondadır ki, mikrobioloji laboratoriyalarda təcrübəli laborantlara kəskin ehtiyac duyulur və yaxın illərdə yeni kadr axını gözlənilmir. Mütəxəssis çatışmazlığını süni intellekt doldura bilər. Alimlərin qənaətinə görə, bu, xəstələrə kadr böhranının nəticələri ilə üzləşməməyə imkan verəcək.
Qeyd edək ki, hər il bakterial infeksiyalar dünyada minlərlə insanın həyatına son qoyur. Vaxtında qoyulmuş dəqiq diaqnoz onların həyatını xilas edə bilər. Bundan başqa, təlim görmüş neyroşəbəkə öz-özlüyündə yeni mütəxəssislərin öyrədilməsinə imkan verən məlumat bazasına çevrilir. Əlavə olaraq ondan məlumatların təhlili və ümumiləşdirilməsi, eləcə də elmi iş üçün istifadə etmək mümkün olacaq. (ICTnyus)