Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.
Bu barədə Teleqraf.com-a universitetin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva deyib.
Onun sözlərinə görə, bu barədə AzMİU-nun rektoru Gülçöhrə Məmmədova əmr imzalayıb: “Əmrə əsasən, universitetin bütün əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması üçün əməkhaqqının 70 faizi həcmində maddi yardım ediləcək”.
Nəcibə Mirzəyeva qeyd edib ki, rektor hər il Yeni il və Novruz bayramları ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına maddi yardım üçün əmr imzalayır.