22 Dekabr 2017 10:56
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükdə yuyucu vasitənin içində "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Əl yükünə baxış zamanı yuyucu vasitənin içində istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar olunan 1491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı, həmin avtomobilin sağ və sol ön "qanadlarının" arxasında, avtomobilin salonunda isə qapı örtüklərinin arxasında cəmi 90 qutu və ayrıca 10 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com