22 Dekabr 2017 12:03
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıl Əmənov və Xalid Əliyevi polis hələ də axtarır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Cəlilabad rayon 7 saylı tam məktəbindən 7-ci sinif şagirdlərinin itkin düşməsi barədə danışarkən deyiblər.

Məktəbdən verilən məlumata görə, şagirdlər hələ tapılmayıb: “Ehtimal edilir ki, Bakıya gediblər. Onlar normal, hər bir uşağa xas xüsusiyyətləri olan uşaqlardır. Əvvəllər evdən getmək-filan olmayıb.

Xalidin valideyni bildirib ki, səhər deyə-gülə, üzündən öpüb, məktəbə yola salıb. Nəsə narazılıq olmayıb, incidilməyib. Niyə gediblər, hara gediblər, bilmirik”.

Xalid Əliyevin atası Altay Əliyev isə APA-ya deyib ki, 14 yaşlı oğlu həmyaşıdı və qonşusu İsmayıl Əmənovla birgə dünən dərsə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar:

“Onlar Cəlilabadın bir neçə yerində təhlükəsizlik kameralarına düşüblər. Bakıya sərnişin daşıyan mikroavtobuslardan birinin sürücüsü ötən gün iki yeniyetmə uşağı Bakıda apardığını deyib. Bakıya çatanda həmin uşaqlar sürücüdən Bulvara necə getməli olduqlarını soruşublar. Ehtimal edirik ki, onlar bizim uşaqlarımız olub”.

Qeyd edək ki, "Report" Cəlilabad şəhər sakinləri, 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb, bir daha geri qayıtmadıqları barədə ilkin məlumat yayıb.

Artıq bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər