27 Dekabr 2017 15:36
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Skautlar Assosiasiyası və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi bir neçə gün öncə itkin düşmüş gənc alpinistlərin axtarışı üçün könüllülərin təcili səfərbərliyini elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Skautlar Assosiasiyası feysbuk səhifəsində elan yerləşdirib.

Könüllülərdən ilk yardım biliyi və təcrübə, xilasetmə, qış dağçılığı təcrübəsi, qış dağçılığı üçün avadanlığın olması tələb olunur.

Könüllülər Assosiasiya tərəfindən nəqliyyat, çadır, yataq kisəsi və rabitə vasitələri ilə təmin olunacaq.

Könüllü olmaq istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilər:

- 077 451 71 11 (Azərbaycan Skautlar Assosiasiyası)
- 051 399 91 13 (“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi)

Qeyd edək ki, Gilavar – Air & Extreme Sports Club-un üzvləri olan gənc alpinistlər Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadə dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yola çıxıblar. Dekabrın 26-sı geri dönməli olmalarına baxmayaraq, onlardan heç bir xəbər almaq mümkün olmayıb.


Müəllif: İlhamə Əbülfət