5 Yanvar 2018 20:41
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı 66 saylı "Tərəqqi" liseyinin direktoru vəzifəsinə təyinat olub.

Teleqraf.com xəbər verir ki, müvafiq əmrlə liseyin direktoru vəzifəsinə professor Nasim Abışov təyin olunub.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan faktı təsdiqləyiblər.

Qeyd edək ki, N.Abışov 178-li tam orta məktəbdə direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova bir müddət əvvəl öz ərizəsi ilə "Tərəqqi" liseyinin direktoru vəzifəsindən azad olunub. Təhsil Nazirliyi tərəfindən liseydə araşdırma aparılıb.

\APA\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər